Tokio-2020: Koronavirusa yoluxanların sayı 169-a çatdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 16 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlar işçilərdir. Tokio-2020-də koronavirusa yoluxma sayı ümumilikdə 169-a çatıb.

Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə, yarışın ləğv edilə biləcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button