Tokio-2020: Yarışlarda iştirak edə biləcək azarkeşlərin sayı açıqlandı

Tokio-2020 Yay olimpiya oyunlarında hər yarışda iştirak edə biləcək azarkeş sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Tokio-2020-də hər yarışda arenanın tutumunun 50 faizi qədər tamaşaçı iştirakına icazə verilib. Lakin bu say 10 mini keçməməlidir.

Yay olimpiya oyunlarının 23 iyul-8 avqustda, Paralimpiya oyunlarının isə 24 avqust-5 sentyabrda keçirilməsi planlaşdrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button