Tofiq Musayev dünya çempionu oldu

Tofiq Musayev MMA-nın “Rizin” turnirinin qalibi olub.

Komanda.az xəbər verir ki, dünya və Avropa çempionu olan azərbaycanlı idmançı “Saitama Super Arena”da 20-ci Rizin kubokunun finalında “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib. Bununla da Musayev “Rizin” turnirinin yüngül çəkidə dünya çempionu olub.

Saytama şəhərində 71 kq çəkidə mübarizə aparan Musayev yarımfinalda rəqibi Coni Keysi ilk raundda texniki nokautla məğlub edərək, finala vəsiqə qazanmışdı.