Emil Balayev: “Oyunlara yüz faizlik motivasiya ilə çıxırıq”

“Tobol” klubunun futbolçusu Emil Balayev Qazaxıstan çempionatının 31-ci turunda “Kayrat”la qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı, 0:2 hesabıyla məğlub olduqları matç haqda bunları deyib:

“Çempionat hələ bitməyib. İndi Avropa zonasından kənardayıq, ancaq qarşıda oyunlarımız var, mübarizəmizi davam etdirəcəyik. Oyunlara yüz faizlik motivasiya ilə çıxırıq. İlk 3-lüyə girə bilmək üçün qarşıdakı oyunlarda maksimum xal toplamalıyıq. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm”.

“Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button