“Titul uğrunda mübarizədə ona ehtiyacımız olacaq” – Kurtua

İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua açıqlama verib.

Komanda.az xəbər verir ki, Kurtua, uzun müddətdir zədəli olan Eden Hazardın vəziyyəti və koronavirus səbəbiylə dayandırılan La Liqanın bərpası ilə bağlı danışıb:

“Hazard indi yaxşıdır. Oyun praktikası qazanmadan onun ən yaxşı formada olmasını gözləmək olmaz. Məncə, Hazard indi yaxşı vəziyyətdədir. Titul uğrunda mübarizədə ona ehtiyacımız olacaq.

La Liqanın yenidən başlamasını gözləyirik. Azarkeşlər olmadan hər şey fərqli olacaq. Səfər oyununda belə, rəqib azarkeşlərin yaratdığı möhtəşəm atmosfer əlavə həyəcan verirdi. İndi azarkeşlər olmadan oyuna köklənməyə çalışacam”.

La Liqa iyunun 11-də bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button