Titul istəyirsə, komandasını dəyişsin – İbrahimoviç

“Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoviç, “Tottenhem”in forvardı Harri Keyn haqda danışıb.

Komanda.az xəbər verir ki, “The Mirror” nəşrinə açıqlama verən isveçli hücumçu, Keynin uğur qazanmaq üçün komandasını dəyişməli olduğunu deyib:

“Keynin İngiltərə millisindəki oyununu görmüşəm. Fikirləşirəm ki, o, çox yaxşı forvarddır. O, daha da inkişaf etməlidir.

Hər kəs “Tottenhem” klubuna hörmətlə yanaşır. Ancaq Keyn daha böyük klublarda oynamalıdır. Artıq qərar vermək vaxtıdır. Azarkeşlər də onu başa düşməlidir. Keyn titul qazanmaq istəyirsə, klubunu dəyişməlidir”.

 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button