TFF prezidentliyinə 5 namizəd

Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə bütün namizədlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, bir müddət əvvəl vəzifəsindən istefa verən Yıldırım Dəmirörənin gedişindən sonra bu post boş qalıb. Yeni prezidentin kimliyinə iyunun 1-də Ankarada keçiriləcək seçkidə aydınlıq gələcək.

Prezidentlik uğrunda beş namizəd mübarizə aparacaq. Bunlardan biri daha öncə namizədliyi açıqlayan federasiyanın vitse-prezidenti Nihat Özdəmirdi. Onunla yanaşı, Bülənt Gürkut, Durmuş Ali İlik, Vəli Olgaç və Ayhan Sağaltıcı da namizədliyini irəli sürüb.

Qeyd edək ki, 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa verib. Bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button