Terimin cəzasına endirim

Türkiyə çempionu “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq diskvalifikasiyaya məruz qaldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşdıqları “Kayserispor”la oyundan sonrakı açıqlamalarına görə cəzalanmışdı.

Bu gün “Qalatasaray”ın şikayəti əsasında Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi həmin məsələyə yenidən baxıb. Qurum təcrübəli mütəxəssisin cəzasını 3 oyuna endirib. Terim həmin açıqlamalarla əlaqədar 19 min yox, 13 min TL cərimə ödəyəcək.

“Qalatasaray”ın baş məşqçisi qarşıdakı turlarda “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.