Terim xəstəxanaya yerləşdirildi

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatihn Terimin səhhətində problem yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

68 yaşlı mütəxəssis onurğasındakı yırtıq səbəbindən xəstəxanaya yerləşdirilib. Ağrıları olan baş məşqçinin müalicəsinə başlanılıb.

“Qalatasaray” növbəti oyununu Avrpa Liqasında “Latsio”ya (İtaliya) qarşı keçirəcək. Dekabrın 9-da baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.