Ten Haq Ranqnikin işinə qarışmayacaq

“Mançester Yunayted”in yeni çalışdırıcısı Erik ten Haq, komandanın müvəqqəti baş məşqçisi olduğu son həftədə alman mütəxəssis Ralf Ranqnikin işinə müdaxilə etməyəcək.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 52 yaşlı niderlandlı çalışdırıcı komandanı birləşdirmək, ab-havanı düzəltmək üçün Avstraliya və Taylanda yay turu planlaşdırmaq istəyir.

Eyni zamanda, ten Haq İngiltərə Premyer Liqasının 38-ci turunun “Kristal Pelas”la oyununa qədər əsas heyətlə bağlı işə qarışmayacaq.

“Mançester Yunayted”in “Kristal Pelas”la oyunu mayın 22-də keçiriləcək.