Tarixində ilk dəfə kubokun qalibi oldu

Futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Leypsiq” və “Frayburq” komandaları üz-üzə gəlib.

Berlindəki Olimpiya stadionunda baş tutan qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Leypsiq” tarixində ilk dəfə Almaniya kubokunun qalibi olub.

Almaniya kuboku, final

21 may

Frayburq – Leypsiq 1:1 (penaltilər 2:4)
Qol
: Eggeştayn, 19 – Nkunku, 76.