“Tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 35-ci turunda “Tottenhem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis 1:0 hesabıyla bitən matç haqda bunları deyib:

“Premyer Liqada çempionluq bizə bağlıdır. Mübarizəmizi son oyuna qədər davam etdirəcəyik. Nə qədər xal qazanacağıq, görəcəyik. Hazırda tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq. Həyatımda gördüyüm ən yaxşı komandalardan biridir.

Bizim üçün əsas olan Premyer Liqadır. Bundan sonra xal itirməməliyik. “Tottenhem” iki oyunda da çoxlu imkanlar yaratdı. Son 10 ayda 3 gündən bir oyuna çıxırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button