Keçmiş çempion “Kəpəz”ə qayıtdı

Tanınmış futbol veteranı Rövşən Əhmədov “Kəpəz” klubunda çalışacaq.

Komanda.az xəbər verir ki, o, Gəncə təmsilçisində aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rövşən Əhmədov futbolçu kimi “Kəpəz”lə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, “sarı-göylər”in heyətində çempionatın bombardiri də olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button