Tam istədiyim oyun olmadı – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yoxlama oyunu çərçivəsində Polşanın “Pyast” klubuyla heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Qurbanov 1:1 hesabıyla bitən oyunu belə şərh edib:

“Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraitiylə razılaşmalıyıq.

Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button