Tahir Gözəl “Ferentsvaroş”la oyundan öncə komanda ilə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Ferenstvaroş” (Macarıstan) ilə oyundan öncə baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tahir Gözəl vacib oyunda komandaya inandığını bildirib və uğurlar arzulayıb.

Bu gün baş tutacaq “Ferentsvaroş” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.