“Təşəbbüs bizim tərəfimizdən oldu, klublar da razılaşdı” – Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov koronavirus səbəbiylə təxirə salınan AÇ-2020 və Premyer Liqayla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Matç TV”-yə danışan qurum rəsmisi, AÇ-2020-nin hazırlıq mərhələsi ilə bağlı bunları deyib:

“Mart ayında Avropa çempionatının 2020-ci ildə keçirilməyəcəyi müəyyənləşdi. Hazırlıq plana uyğun irəliləyirdi və 3 mərhələdən ibarət idi. Birincisi planlaşdırma mərhələsidir və mart ayından əvvəl olanlardan ibarətdir. İkinci mərhələ uyğunlaşdırmaq, üçüncüsü isə UEFA-2020-nin başlanğıcıdır. Planlama mərhələsini tamamlayıb, həyata keçirmə mərhələsinə gəldik, o anda UEFA yarışı təxirə salmaq qərarı verdi. Güclü tərəfimiz stadionun hazır olması idi, bunun üçün sərmayeyə ehtiyac yox idi. Hər şey plana görə getdi. 2021-ci ilin iyunu üçün stadionda böyük tədbir planlaşdırılmadı”.

Federasiya rəsmisi, koronavirus səbəbiylə dayandırılan yerli çempionat və komandaların testdən keçirilməsi barədə də danışıb:

“Təşəbbüs bizim tərəfimizdən oldu, klublar da razılaşdı. Bu, hazırlıq mərhələsidir. Çempionatın yenidən başlaması üçün klubların məşq etməsi lazımdır. Ancaq bəzi risklərin olduğunu da başa düşməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini izləyirik”.

Avropa çempionatı qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button