Tərlan Əhmədov: “Komanda ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladı”

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama matçını keçirib.

Komanda.az xəbər verir ki, Türkiyənin Super Liqa təmsilçisi “Rizəspor”la oyun bakılıların məğlubiyyəti ilə başa çatıb – 0:3. “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov klubun mətbuxt xidmətinə açıqlamasında məğlubiyyəti belə şərh edib:

“Maraqlı və gərgin oyun alındı. Rəqibimiz Türkiyənin Super Liqa təmsilçisi idi. Güclü və hazırlıqlı komandaya qarşı yaxşı oyun nümayiş etdirdik. İlk hissədə baxışda olan iki futbolçunu meydana buraxmışdıq. Buna baxmayaraq, komanda inamlı oynadı, xətlər arasında anlaşma yaxşı səviyyədə idi və bu, bizi sevindirir. Bu matçda komanda ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladı və oyun baxımından müsbət irəliləyişlər var. Onu da qeyd etmək istəyirəm ki, hər iki hissədə oyunda hesabı aça bilərdik, bəzi epizodlarda qapı dirəyi rəqibi qoldan xilas etdi, eyni zamanda, təkbətəkdən də yararlana bilmədik. Amma buraxılan kiçik səhvlər qapımıza vurulan qollarla nətiləndi. Buna baxmayaraq, ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button