Tərlan Əhmədov: “Futbolçuların 95 faizi yola salınacaq”

Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

  • Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də “Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
  • Bu gün Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və 1-ci diviziondan heç bir klub Lisenziya almayıb…
  • Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardı. Oyun isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.
  • Komandada qalacaqsınız?
  • Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdı.
  • Komandada qalacağınız təqdirdə, futbolçuların neçə faizi “Keşlə”də qalacaq?
  • Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq. (Sport24)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button