Tərlan Əhmədov: “Bu, bəhanə yox, yaralı yerimizdi”

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sabah”la 1:1 hesablı bərabərliyə razılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Açığı, gözləmədiyim ssenari oldu. Rəqib bizi yaxşı analiz etmişdi, bizim ən zəif cəhətimizi bilirdi, müdafiəyə sıxdılar. Qol epizodlarından istifadə etməməyimizin cəzasını oyunun sonunda çəkdik. Rəqib daha çox topa sahib oldu, biz isə əks-hücumlara köklənirdik. Hesab ədalətli oldu. Oyunu gücləndirəcək futbolçu tapa bilmirdim. Bu, bəhanə deyil, sadəcə, yaralı yerimizdi. Sezar Meza Kollini növbəti oyuna qədər sıramıza döndərməyə çalışacağıq.
  • Ruslan Qurbanovun zədəsi nə yerdədi?
  • Bunu həkimlər dəqiq deyəcək. Düşünürəm ki, bu, süni ot örtüyü ilə bağlı idi.
  • Müdafiəyə çəkildiyini dediz, amma ilk hissədə daha yaxşı oyun göstərirdiz. İkinci hissədə nə oldu?
  • Görünür, rəqib daha yaxşı oynamağa başladı. Hesabda geri düşdükdən sonra daha sürətli oynamağa başladı.
  • İlk hissənin final fitidən sonra Rəşad Sadiqovun klub rəsmisi ilə mübahisəsi oldu.
  • Kimliyini bilmirik, amma Rəşadın hirsli gəldiyini gördüm. Onda bildirdilər ki, belə hal yaşanıb. Yəqin ki, tezliklə bu barədə dəqiq məlumat olacaq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button