Tənqid ediləsi biri varsa… – Emeri

“Arsenal”ın baş məşqçisi Unay Emeri, komandanın hazırkı durumunu dəyərləndirib.

Komanda.az xəbər verir ki, İngiltərənin “Sky Sports” nəşrinə danışan Emeri, əsas məqsədlərinin ilk 4-lükdə yer almaq olduğunu deyib:

“Arsenal” öz meydanında güclü oynayan komandadır. Çalışırıq ki, səfər oyunlarında da müsbət “performans” sərgiləyək.

Mövsümə yaxşı başlamışdıq, ancaq sonra komandada durğunluq yarandı. Yenidən öz oyunumuzu bərpa etməliyik. Tənqid ediləsi biri varsa, o da mənəm. Premyer Liqada ilk 4-lükdə olmalıyıq. Çətin olduğunu bilirik, ancaq özümüzə inanırıq”.

“Arsenal” Premyer Liqada 25 turdan sonra 47 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button