Təmkinin Monteneqro ilə oyunu buraxmasının səbəbi bilindi

Futbol üzrə Azərbaycan yığmasının üzvü Təmkin Xəlilzadənin UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Monteneqro ilə matçda iştirak etməməsinin səbəbi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Sabah” klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən komandamıza kömək edə bilmir.

Onun zədəsi dünən Podqoritsada baş tutan son məşq zamanı daha da ağırlaşıb. Bu üzdən də baş məşqçi Canni De Byazi Xəlilzadənin adını bu görüşün iştirak ərizəsinə daxil etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button