Azərbaycan millisinin heyətində dəyişiklik

Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən millinin toplanışına qatıla bilməyib.

Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib.

Avqustun 24-dək Bakıda toplanış keçirəcək milli hazırlığını avqustun 25-dən 29-dək Minskə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button