Paltardəyişmə otağında bunları müzakirə etdik – Poçettino

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya”ya (Dortmund) 3:0 hesabı ilə qalib gələn “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, meydana 22 futbolçu çıxara bilmədiyi üçün təəssüfləndiyini deyib:

“İlk hissə çətin keçdi. Həm müdafiədə, həm də hücumda problemlər yaşadıq. Paltardəyişmə otağında bunları müzakirə etdik. Bəzən belə müzakirələr oyunda işə yarayır. İkinci hissədə oyunumuz möhtəşəm alındı.

Hələ mərhələni keçməmişik. Xüsusilə, “Borussiya” kimi komandaya qarşı göstərdiyimiz oyun çox vacib idi, amma hələ görməli olduğumuz iş çoxdur. Çox istedadlı futbolçularımız var, inanılmaz heyətə sahibik. Yeganə problemimiz meydana 22 deyil, 11 futbolçuyla çıxa bilməyimizdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button