“Tədricən daha yaxşı komanda quracağıq” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo klubun transfer siyasəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, portuqaliyalı məşqçi, zamanla daha yaxşı komanda quracaqlarını bildirib:

“Düşünürəm ki, doğru yoldayıq. Edəcəklərimizi yaxşı düşünür və təhlil edirik. Nələr edə biləcəyimizi və nələri bacarmayacağımızı yaxşı bilirik. Rəqib komandaların hərəkətlərinə reaksiya verməməliyik. Rəqiblərin etdiklərini biz də təkrarlaya bilmərik. Tədricən daha yaxşı komanda quracağıq. Təbii ki, sahib olduğumuz yaxşı futbolçuları saxlamaq da vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button