Təbriz klubu səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 9-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Nassaji Mazandaran”la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Keçirdiyi 11 oyuna cəmi 4 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur “Traktor” klubu isə 16 xalla 4-cüdür.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button