Təbriz klubları mövsümü qələbəsiz başa vurdu

Futbol üzrə İran çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” və “Maşinsazi” də sonuncu oyunlarını keçiriblər.

“Maşinsazi” 30-cu tur çərçivəsində doğma meydanda “Padideh”lə üz-üzə gəlib və 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Təbrizin daha məşhur “Traktorsazi” klubu isə səfərdə “Fulad Xuzestan”la heç-heçəyə razılaşıb – 2:2.

“Traktorçular” mövsümü 30 oyuna topladıqları 52 xalla 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 29 xalla 13-cü sırada başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button