“Təəssüflənməyə dəyməz” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov bu gün “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasiləni səmərəli keçirmək istəyirdik. Buna görə də əvvəlcə MOİK, ardınca isə bu gün “Sabah”la yoxlama oyunu keçirdik. Bizim kimi “Sabah”ın da əsas heyət üzvlərinin bir çoxu milli komandaların heyətində yer almışdı. Bununla əlaqədar akademiyamızın perspektiv vəd edən bir neçə gənc futbolçusunu əsas komandaya cəlb etmişdik.

Bu oyuna gəlincə, maraqlı 90 dəqiqə izlədiyimizi düşünürəm. Təbii ki, məğlub olmağı istəməzdik. Xırda səhvlərin nəticəsində qapımızda qollar gördük. Lakin meydanda olanların akademiyanın yetirmələri, Premyer Liqa təcrübəsi olmayan gənclər olduğunu düşünsək, təəssüflənməyə dəyməz. Gənclərin bu cür oyunlarla təcrübə qazanacağına inanıram. Artıq milli komandalarda olan futbolçularımızın qayıtmasını gözləyib, tam şəkildə “Neftçi” ilə oyuna hazırlaşacağıq. Aprel ayında demək olar ki, sıx qrafiklə oynayacağıq, ona görə də hər bir futbolçumuzun formada olması bizim üçün vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button