“Əsas planımız bu şəkildə oynamaqdır” – Zidan

İspaniya La Liqasının 3-cü turu çərçivəsində səfərdə “Vilyarreal”la 2:2 hesablı bərabərliyə razılaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, daha çox qol vurmaq lazım olduğunu deyib:

“Rəqib oyun ərzində cəmi iki hücum etdi və iki qol vurdu.  Belə hallar olur və bunun üzərində işləməliyik. Müdafiədən oynamaq daha yaxşıdır, çünki hücumda nə ilə qarşılaşacağımızı bilirik.

Oyunun ilk 15 dəqiqəsini saymasaq, yaxşı matç keçirdik. İki qol buraxdıqdan sonra oyuna qayıtmaq çətin olur. Buna baxmayaraq, daha çox qol vurmalıyıq. Əsas planımız bu şəkildə oynamaqdır. Luka Yoviçi və Kərim Benzemanı hücumda görmək istəyirdik. Təəssüf ki, lazım olan qolları vura bilmədik”.

Üç turdan sonra 5 xal toplayan “Real” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button