“Təəssüf ki, bu, Messinin “Barselona”dakı son mövsümü olacaq”

“Barselona”nın sabiq futbolçusu Rivaldo komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, mövsümün sonunda Messinin Kataloniya klubundan ayrılacağını bildirib:

“Barselona”nın Messi ilə yeni müqavilə üçün razılığa gəlməsi çətin görünür. Messi digər klublardan daha yaxşı təkliflər alacaq. Klub rəhbərliyinin onu bu qərardan necə döndərəcəyini düşünə bilmirəm. Məncə, bu mövsüm La Liqanı və Çempionlar Liqasını qazanmaq Messini fikrindən döndərə bilər. “Barsa”nın Messini saxlamaq üçün lazım olan maliyyəsi yoxdur. Təəssüf ki, bu, Messinin “Barselona”dakı son mövsümü olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button