Təxirə salınmış oyunların keçiriləcəyi tarix açıqlandı

Basketbol üzrə Azərbaycan Super Liqasında təxirə salınmış 16-cı turun oyunlarının keçirilmə vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən turun bütün oyunları fevralın 15-də baş tutacaq. Bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunların hamısına Texniki Universitetin idman zalı ev sahibliyi edəcək.

Xatırladaq ki, 16-cı turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Lakin fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar AzTU-də bir sıra tədbirlər keçirildiyi üçün turun oyunları təxirə salınmışdı.

12:00. Gəncə – Sərkərdə
14:00. 80-lər – Zirvə Astara
16:00. Atletik – Sıçrayış
18:00. Atom – Xırdalan

15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:

  1. Zirvə Astara – 28 xal
  2. Atom – 26
  3. Sərkərdə – 23
  4. Xırdalan – 22
  5. Gəncə – 22
  6. Atletik Baku – 21
  7. Sıçrayış – 21
  8. 80-lər – 14