Tərlan Əhmədov: “Biz də hər matçda belə oynamalıyıq”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə evdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvəvlcə oyun haqda fikirlərini bildirib:

  • İlk növbədə rəqibi qəbələ münasibəti təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdən komanda “yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik. Hər halda, ikinci hissəni bütövlüklə hücumda keçirdik, ancaq son nöqtəni qota bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, demək bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Sentyabrın 22-də “Neftçi”yə ağır matçımız var. Həmin qarşılaşmaya yaxşı hazırlaşmalıyıq.
  • İlk qolun təkrarına baxmısız?
  • Xeyr, heç nəyə baxmamışam.
  • Oyundankənar vəziyyət var idi…
  • Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri hakimlərin səhvləri olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq. Çünki heç nəyi qaytara bilmərik.
  • Dediniz ki, ilk hissədə komanda “yatmışdı”. Onları oyatmaq üçün hansı “iynə”dən istifadə etdiz?
  • Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik. Bilmirəm, bu, nəylə bağlıdı. Bəlkə də, ehtiyatlı davranırlar. Futbolçuları sadəcə, sözlə motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik edirəm. Biz də hər matçda belə oynamalıyıq. (sport24.az)