“Bu qeyri-müəyyənliklə yaşamaq və çalışmaq asan deyil” – Messi

“Barselona”nın hücumçusu Lionel Messi koronavirusun futbola təsiri ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Adidas”ın saytına danışan argentinalı futbolçu, meydana qayıtmaq üçün səbirsizləndiyini bildirib:

“Bəzi insanlar dünya səviyyəsində belə pandemiyaların yaşandığını, yaşana biləcəyini deyirdi, amma bunun bu qədər böyük təsiri olacağını xəyal etmirdim. Bu qeyri-müəyyənliklə yaşamaq və çalışmaq asan deyil. Meydana nə vaxt qayıdacağımız, təkrar nə vaxt məşq, oyun keçirə biləcəyimizlə maraqlanırıq.

Boş tribunalar qarşısında oynamaq çox qəribədir, bunun üçün futbolçu özünü hazırlamalıdır. Amma yaşadıqlarımızdan sonra liqanın belə davam etməsi normaldır. Təkrar oynamağa başlamaq, 0-dan başlamaq kimi olacaq. Bu il itirdiklərimizin üzərində dayanmamalı, irəliyə baxmalıyıq”.