Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

Futbol üzrə İran çempionatında 1-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı digər təmsilçisi “Maşinsazi” də yeni mövsümdə ilk matçına çıxıb.

Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən minimal hesabla qalib ayrılıb – 1:0.

Xatırladaq ki, Təbrizin daha məşhur “Traktor” klubu da ötən gün ilk matçını keçirib və səfərdə “Naft Ahvaz”la heç-heçəyə razılaşıb – 0:0.