Təbriz klubu doğma meydanda uduzdu

Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Fulad”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Keçirdiyi 11 oyuna cəmi 4 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur “Traktor” klubu isə 19 xalla 4-cüdür.