Təbriz klubu doğma meydanda uduzdu

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Gol Gohar”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin daha məşhur “Traktor” klubu bu tur səfərdə “Mes Rafsancan”la qarşılaşacaq.

Dörd turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.