Təbriz klubları üçün uğursuz tur

Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktorçular” səfərdə “Persepolis”lə qarşılaşıb və məğlubiyyətlə üzləşiblər – 0:2.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə doğma meydanda “Sepahan”la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb – 0:0.

“Traktor” hazırda 30 xalla 16 kollektiv arasında 3-cü, “Maşinsazi” isə 23 xalla 9-cu pillədə qərarlaşıb.