Superkubok matçının tarixi açıqlandı

Futbol üzrə İngiltərə superkuboku uğrunda oyunun keçiriləcəyi tarix müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma avqustun 29-da baş tutacaq.

Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmaya Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək.

Qeyd edək ki, superkubok uğrunda Premyer Liqanın və Federasiya kubokunun qalibi mübarizə aparır. Premyer Liqanın qalibi (“Liverpul”) bəlli olsa da, kubokun final görüşü avqustun 1-də keçiriləcək. Həlledici oyunda “Arsenal”la “Çelsi” üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button