Superkubok matçının tarixi açıqlandı

Futbol üzrə İtaliya superkubokunun vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici görüş gələn ilin yanvarında baş tutacaq.

A seriyasının son qalibi “Yuventus”la ölkə kubokunu qazanan “Napoli” arasındakı qarşılaşma yanvarın 20-də “Sassuolo”nun stadionunda olacaq.

Qeyd edək ki, “Yuventus” 8, “Napoli” isə 2 dəfə superkuboku qazanıb.