“Super Nova” Əsgərovsuz darmadağına üzüldü

Futbol üzrə Latviya 1-ci liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Riqa “Dinamo”su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Vüqar bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 3 qol vurmuş Əsgərovun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

9 oyuna 14 xal toplamış “Super Nova” 9 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button