Super Liqaya sonuncu vəsiqənin sahibi bilindi

Futbol üzrə Türkiyə Super Liqasına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, növbəti mövsümdən elitada çıxış etmək üçün “Hatayspor”la “Qazişəhər Qaziantep” klubları arasında final görüşü keçirilib.

Pley-off mərhələsinin həlledici qarşılaşmasının iştirakçıları əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər – 1:1. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtda da önə keçən olmadığından, penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qazişəhər Qaziantep” Türkiyə Super Liqasına vəsiqə əldə edib – 5:3.

Daha öncə TFF 1-ci liqada müvafiq olaraq 1-ci və 2-ci yerləri tutan “Dənizlispor” və “Gənclərbirliyi” klubları elitaya vəsiqə qazanmışdı. “Hatayspor” mövsümü 3-cü, “Qazişəhər Qaziantep” isə 5-ci pillədə başa vurmuşdu.

Geridə qalan mövsümdə Türkiyə Super Liqasını “Bursaspor”, “Ərzurumspor” və “Akhisarspor” klubları tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button