Super Liqanın lideri sabiq “Qalatasaray”lı ilə gücləndi

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqanın lideri elitanın digər təmsilçisi “Göztəpə”də forma geyinən Yasin Öztekini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Futbolun sirrlərini Dortmund “Borussiya”sının akademiyasında öyrənən Yasin, 2011-ci ildə Türkiyəyə gələrək “Gənclərbirliyi” ilə müqavilə bağlayıb. Daha sonra o, “Trabzonspor”, “Kayseri Ərciyyəspor” və “Qalatasaray”da da forma geyinib. 32 yaşlı yarımmüdafiəçi 2018/19 mövsümünün əvvəlindən “Göztəpə”nin uğurları üçün çalışırdı.