Super Liqada 10-cu turun oyun cədvəli açıqlandı

Basketbol üzrə Azərbaycan Super Liqasında 10-cu turun oyun cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, növbəti tura dekabrın 13-də Texniki Universtitetin basketbol zalında “Sərkərdə” və “Zirvə” arasındakı oyunla start veriləcək.

Turun digər oyunları dekabrın 14-də keçiriləcək:

Azərbaycan Super Liqası, 10-cu tur

13 dekabr

18:00. Sərkərdə – Zirvə

14 dekabr

13:00. Atom – Sıçrayış
15:00. Gəncə – Xirdalan
17:00. 80-lər – Atletik