“Antalyaspor”a 1 qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Son turda doğma meydanda “Qalatasaray”a məğlub olan “Başakşəhər” bu dəfə “Fatih Karagümrük”lə qarşılaşıb və növbəti məğlubiyyətini alıb.

“Trabzonspor” “Yeni Malatyaspor”la qarşılaşıb və nəhayət ki, ilk qələbəsini qazanıb. “Kayserispor” evdə “Ərzurumspor”a uduzub. “Göztəpə” – “Qaziantep” matçı heç-heçə yekunlaşıb. “Hatayspor” isə “Kasımpaşa” ilə oyunda Super Liqadakı ilk qələbəsini rəsmiləşdirib.

“Beşiktaş” “Konyaspor”u sınağa çəkib və darmadağınla üzləşib. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Burda “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qapılara qol vurulmayıb.

Son oyunda “Antalyaspor” doğma meydanda “Dənizlispor”a minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası, 3-cü tur

25 sentyabr

Fatih Karagümrük – Başakşəhər 2:0
Qol
: Roko, 47. Sabo, 90.

26 sentyabr

Kayserispor – Ərzurumspor 1:3
Qol
: P.Enrike, 82-pen – Raşad, 42. Novikovas, 45+4. Sissoko, 90+5.

Göztəpə – Qaziantep 2:2
Qol
: S.Aydoğdu, 50. İdeye, 61 – M.Dəmir, 7. Maksim, 90+1-pen.

Hatayspor – Kasımpaşa 1:0
Qol
: Diuf, 57.

Trabzonspor – Yeni Malatyaspor 3:1
Qol
: Afobe, 24; 33. Nvakaeme, 45+3 – A.Büyük, 77-pen.

27 sentyabr

Rizəspor – Alanyaspor 1:1
Qol
: Remi, 81 – M.Pektemek, 69.

Konyaspor – Beşiktaş 4:1
Qol
: Şengeliya, 28; 78. Kravets, 63; 84-pen – G.Töre, 90+1.

Sivasspor – Ankaragücü 0:0

Qalatasaray – Fənərbaxça 0:0

28 sentyabr

Antalyaspor – Dənizlispor 1:0
Qol
: V.Sarı, 58.

Bombardir: Radamel Falkao (Qalatasaray) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button