Super Liqa klubunun yeni baş məşqçisi məlum oldu

“Rizəspor” klubunun baş məşqçisi Ünal Karamanın istefa verdiyini xəbər vermişdik.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa klubunun yeni çalışdırıcısı müəyyənləşib. Komandanı bundan sonra Stepan Tomas çalışdıracaq.

44 yaşlı xorvatiyalı mütəxəssis, hələ ki, mövsümün sonuna qədər komandanın “sükanı arxasında” olacaq.

“Rizəspor” Super Liqada 32 xalla 16-cı sıradadır.