Super Liqa klubu yeni baş məşqçisini açıqladı – rəsmi

Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı Hüseyn Çimşirə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Çimşir son olaraq “Trabzonspor”u çalışdırırdı.

“Ərzurumspor” Super Liqada 17-ci sıradadır.