Super Liqa klubunun daha bir futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Kayserispor” klubu növbəti dəfə koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, Super Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Sivasspor”la oyundan öncə götürülmüş analizlər bir futbolçunun koronavirusa yoluxduğunu üzə çıxarıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həmin futbolçunun adı açıqlanmasa da, onun karantinə alındığı və nəzarətə götürüldüyü bildirilir.

Bir neçə gün öncə “Kayserispor”un daha bir futbolçusunda koronavirus aşkarlanmışdı. Virusa yoluxmuş oyunçular böyük ehtimalla “Sivasspor”la oyunda iştirak edə bilməyəcək.

“Kayserispor” – “Sivasspor” oyunu oktyabrın 17-də keçiriləcək.