Super Liqa klubundan yeni transfer

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kocaelispor”un sol cinah oyunçusu Burak Süleymanı transfer edib.

Bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Futbola “Kocaeli Güneşspor”da başlayan Burak Süleyman, daha sonra “Sancaktepe”, “Gölcükspor” və “Kocaelispor”da forma geyinib.