Super Liqa klubundan yeni transfer

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu Serbiyanın “Srvena Zvezda” komandasının yarımmüdafiəçisi Srdjan Spiridonoviçi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vinger mövsümün sonuna kimi icarəyə götürülüb.

Peşəkar karyerasına Vyana “Rapid”ində başlayan Spiridonoviç, “Austria” (Vyana), “Viçentsa”, “Admira Vakker”, “Panionios” və “Poqon” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button