Super Liqa klubundan ilk transfer

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubunun qapıçısı Xose Marafonanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Alanya təmsilçisi bu yay ilk transferi olan portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

32 yaşlı qolkiper 2016-cı ildən çıxış etdiyi “Braqa”da 42 oyun keçirib. O, daha öncə “Varzim”, “Maritimo”, “Aveş”, “Moreyrense”, “Pasuş Fereyra” kimi klublarda da forma geyinib.

Marafona 2017-ci ildə Portuqaliya yığmasında da 1 oyuna çıxıb.