Super Liqa klubundan “Fortuna”ya

Türkiyənin “Kasımpaşa” klubu belçikalı müdafiəçisi Mikael Tirpanı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, sol cinah müdafiəçisi Niderlandın “Fortuna Sittard” klubuna icarəyə verilib.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə 27 yaşlı oyunçunun mövsümün sonuna qədər Niderland klubunun uğurları üçün çalışacağı diqqətə çatdırılıb.

Tirpan “Kasımpaşa”ya ötən mövsümün qış fasiləsi zamanı Belçikanın “Lokeren” klubundan gəlmişdi. O, Türkiyə klubunun heyətində 30 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button